Bu şəxslərin sığorta haqları müəyyənləşdi

Bu şəxslərin sığorta haqları müəyyənləşdi
  25 Noyabr 2019    Oxunub:2757
Azərbaycanda neft-qaz sahəsində fəaliyyəti olan və olmayan şəxslərin icbari tibbi sığorta üzrə sığorta haqları müəyyənləşib.
Azvision.az xəbər verir ki, bununla bağlı “Tibbi sığorta haqqında” qanuna dəyişiklik təklif edilir.

Dəyişikliyə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortalı tərəfindən işçinin əmək haqqının 8 min manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, 2020-ci ildə hesablanmış əməyin ödənişi fondunun 1 faizi, 2021-ci ildən etibarən hesablanmış əməyin ödənişi fondunun 2 faizi;

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortalı tərəfindən işçinin əmək haqqının 8 min manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, 8 min manatadək ( 8 min manat da daxil daxil olmaqla) olan hissəsinin 2020-ci ildə 1 faizi, 2021-ci ildən etibarən isə 2 faizi;

Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən sığortalı tərəfindən işçinin əmək haqqının 8 min manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə,hesablanmış əməyin ödənişi fondunun 2 faizi;

Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən sığorta olunan tərəfindən işçinin əmək haqqının 8 min manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, 8 min manatadək ( 8 min manat da daxil daxil olmaqla) olan hissəsinin 2 faizi icbari tibbi sığorta üzrə sığorta haqları müəyyən olunub.

Qeyd edək ki, sənəd Milli Məclisin bu gün keçirilən plenar iclasında I oxunuşda müzakirəyə çıxarılacaq.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti