“Komitənin ləğvindən söhbət gedə bilməz” - Səfər Mehdiyev

“Komitənin ləğvindən söhbət gedə bilməz” -   Səfər Mehdiyev
  26 Noyabr 2019    Oxunub:3657
"Hansısa komitənin ləğv olunması bizim səlahiyyətimizdə deyil".

Azvision.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu gün keçirdiyi mətbuat konfransında deyib.

Komitə sədri bildirib ki, hər hansı bir qurumun rəhbəri, Dövlət Gömrük Komitəsi, eləcə də digər qurumlar hansısa komitəni ləğv edə bilməzlər.
"Bu, bizim səlahiyyətlərimizə daxil deyil. Görünən odur ki, cənab Prezident son islahatlarda məsləhət görməyibsə, komitənin ləğvindən söhbət gedə bilməz".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: DGK   Komitə   Səfər-Mehdiyev  





Xəbər lenti