FHN bazardakı yanğınla bağlı məlumat yaydı

  28 Noyabr 2019    Oxunub : 819
FHN bazardakı yanğınla bağlı məlumat yaydı
Bakı şəhərinin Sabunçu rayonunda bazar ərazisində yanğın olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 20 m² olan anbarın və hər birinin sahəsi 40 m² olan müxtəlif təyinatlı 2 mağazanın yanar konstruksiyaları yanıb. Bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: FHN   Yanğın