İmişlidə yol qəzası, ölən var

  28 Noyabr 2019    Oxunub : 972
İmişlidə yol qəzası, ölən var
İmişli rayonunun Şahverdilər kəndində "Renault" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.
Azvision.az xəbər verir ki, bu barədə FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1987-ci il təvəllüdlü Gəncəliyev Vüsal Mustafa oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az

Teqlər: FHN   Qəza