Almaniyada türk qadın nazir oldu

Almaniyada türk qadın nazir oldu
  16 Dekabr 2013    Oxunub:1100
Bu Sosial –Demokratlar partiyasını təmsil edən miqrasiya məsələləri üzrə yeni nazir Aydan Özoğuzdur
Parlament seçkilərindən 3 ay sonra nəhayət Almaniyada yeni hökumət formalaşıb.

AzVision.az-ın türk mətbuatına istinadən yaydığı xəbərə görə, yeni koalision hökumətin əsas tərkibinə Xristian Demokratlar və Sosialistlər birliyi ilə Sosial Demokratlar partiyası daxildir.

Sosial Demokratlar Partiyasının lideri Sigmar Qabriel nazirlərinin adlarını açıqlayıb. Partiya yeni hökumətdə 7 nazirlə təmsil olunacaq. Onların arasında xarici siyasət məsələləri üzrə nazir vəzifəsini tutacaq Frank Valter Staynmayer, yeni əmək naziri Andrea Nales və ailə məsələləri üzrə nazir Manuela Şveziqin adları var.

Almaniyanın koalision hökumətində ilk dəfə olaraq türk mənşəli qadın nazir vəzifəsinə təyin edilib. Bu Sosial –Demokratlar partiyasını təmsil edən miqrasiya məsələləri üzrə yeni nazir Aydan Özoğuzdur. Maliyyə naziri vəzifəsinə isə Ursula Fon Der Layenin təyin ediləcəyi gözlənilir. Qeyd edək ki, Almaniya hökumətinə artıq 3-cü dəfədir ki kansler Angela Merkel başçılıq edəcək.


Teqlər:  





Xəbər lenti