Azercell ilə “Karyerada ilk addım”ını at!
Azercell şirkətinin İnsan Kapitalının İdarə Edilməsi şöbəsinin əməkdaşları sərgi iştirakçılarına əmək bazarındakı son tendensiyalardan bəhs edib və onları maraqlandıran sualları cavablandırıb. Həmçinin Azercell əməkdaşları şirkətdə mövcud olan vakansiyalar, tələbələr üçün nəzərdə tutulan Təqaüd və Təcrübə proqramları barədə də bəhs edib.
Vurğulamaq istərdik ki, Azercell-in həyata keçirdiyi sosial layihələrin böyük bir qismi təhsil sahəsinə aiddir. Ölkənin aparıcı ali təhsil mərkəzləri ilə əməkdaşlıq edən Azercell bu minvalla gənclərin potensiallarının üzə çıxarılmasına, onların peşəkar kadr olaraq yetişdirilməsinə öz dəstəyini verir.
Teqlər: