Bayram yarmarkalarının yerləri- SİYAHI

Bayram yarmarkalarının yerləri- SİYAHI
  16 Dekabr 2013    Oxunub:1203
Yeni il bayramı ərəfəsində İqtisadiyyat və Sənaye Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti sahibkarlarla birgə Bakının bəzi ərazilərində satış yarmarkaları təşkil edəcək.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, əhalinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə satış yarmarkaları 28-31 dekabr tarixlərində aşağıdakı ünvanlarda təşkil ediləcək:

Binəqədi rayonu
- Dərnəgül yaşayış sahəsi, 6 saylı peşə liseyinin həyəti;

Xətai rayonu
- Bakı kinoteatrının yanı;

Nərimanov rayonu
- Əliyar Əliyev küçəsi 26, "Bakı Taxıl" ASC-nin ərazisi;
Nəsimi rayonu

- "Təzə bazar"ın ərazisi;

Səbail rayonu
- Badamdar qəsəbəsi, 239 nömrəli məktəbin yanı;

Suraxanı rayonu
- Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, 2;
- Yeni Günəşli qəsəbəsi, "Günəş" ticarət mərkəzinin yanı;

Yasamal rayonu
- Şərifzadə küçəsi 131, Bakı Dövlət Rabitə və Nəqliyyat kollecinin yanı.

AzVision.az


Teqlər:  





Xəbər lenti