Soyğunçuluq edən bacı-qardaş tutuldu

   Soyğunçuluq edən bacı-qardaş tutuldu
  03 Dekabr 2019    Oxunub:2120
Bakıda soyğunçuluq edən şəxslər saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 29-da G.Hüseynovaya zor tətbiq edərək içərisində 437 manat və qızıl qolbaq olan pulqabısını almaqda şübhəli bilinən Yevlax rayon sakinləri M.Bəkirova və qardaşı saxlanılıblar.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti