Nazir müavini təhsil şöbələrinin hesabatını dinləyib

Nazir müavini təhsil şöbələrinin hesabatını dinləyib
  05 Dekabr 2019    Oxunub:2339
Dekabrın 4-də Beyləqan rayon Heydər Əliyev Mərkəzində Beyləqan, Xocavənd, Cəbrayıl və Füzuli rayon təhsil şöbələrinin fəaliyyətinə dair hesabat tədbiri keçirilib.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, tədbirdə Beyləqan, Xocavənd, Cəbrayıl və Füzuli rayon təhsil şöbələrinin müdirləri, təhsil işçiləri və məktəb direktorları iştirak ediblər.

Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.

Tədbirdə Beyləqan, Xocavənd, Cəbrayıl və Füzuli rayon təhsil şöbələri müdirlərinin dərs ilinin prioritet fəaliyyət istiqamətləri üzrə Təhsil Nazirliyinin müvafiq əmrlərinin icra vəziyyəti ilə əlaqədar hesabat məruzələri dinlənilib.

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək hesabatlar barədə fikrini bildirib. Nazir müavini təhsil sahəsində həyata keçirilən islahatların uğurlu nəticələrindən, qarşıda həllini gözləyən məsələlərdən danışıb. M.Vəliyeva deyib ki, son illər ölkəmizdə müasir standartlara tam cavab verən məktəb binaları inşa edilir, təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, pedaqoji işçilərin sosial rifahı yaxşılaşdırılır.

Sonra qeyd olunan rayonların məktəb direktorları ilə görüş keçirilib. Görüşdə M.Vəliyeva təhsildə keyfiyyətin yüksəldilməsi, fənlərin tədrisi, rəhbərlik və nəzarət məsələlərindən söz açaraq, təhsil sistemində yeni yanaşma metodlarından və idarəetmənin təkmilləşdirilməsindən bəhs edib.

Tədb irdə xüsusi fəaliyyətinə görə seçilən təhsil işçiləri təltif olunub. Sonda tədbir iştirakçılarının təklifləri dinlənilib, suallar cavablandırılıb.

M.Vəliyeva, həmçinin Beyləqan şəhər 1 nömrəli tam orta məktəbdə yaradılmış şəraitlə tanış olub, müəllim və şagird kollektivi ilə görüşüb, dərs prosesini izləyib.

Azvision.az


Teqlər: Təhsil-Nazirliyi  





Xəbər lenti