Qəbul imtahanlarının tarixi nə vaxt bilinəcək? - DİM sədri açıqladı

Qəbul imtahanlarının tarixi nə vaxt bilinəcək? -   DİM sədri açıqladı
  05 Dekabr 2019    Oxunub:3647
"Ölkədə kütləvi tədbirlər zamanı imtahanların keçirilməsi çox mürəkkəb olur. Bakıda keçirilək tədbirlərin vaxtı müəyyən edildikdən sonra qəbul imtahanlarının tarixlərini elan edə biləcəyik".
Azvision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, növbəti il üçün qəbul imtahanlarının vaxtı müəyyən olunmasa da, hazırda müzakirələr aparılır: "2020-ci ildə Bakı "Formula-1" yarışları ilə yanaşı, həm də Avropa Çempionatı oyunlarına ev sahibliyi edəcək. Bu tədbirlərin keçirilmə vaxtına uyğun imtahan günləri seçiləcək".

Aytən Zəhra
Azvision.az



Teqlər: DİM   İmtahan  





Xəbər lenti