“Ya biz işi düzgün apara bilmirik, ya da insanlar hazır deyil” - Məleykə Abbaszadə
Azvision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, işaxtaranlar əsasən ilk dəfə işləmək istəyənlərdir.
M.Abbaszadənin fikrincə, hər hansı bir dövlət qurumunda işləyən şəxs başqa quruma keçməyə maraqlı olmur.
"Çünki onlar öz qurumlarında yüksəlmək istəyində olur. Dövlət qulluğunda "karyera bələdçi" proqramı iki ildən çoxdur ki, istifadəyə verilib. Bu proqramla şəxs öz nailiyyətlərini daxil edib, hansı vəzifələrə keçə biləcəyini öyrənə bilər. Lakin görünən odur ki, hələ də proqramdan istifadə edən yoxdur. Yəqin, ya biz maarifləndirmə işini düzgün apara bilmirik, ya da insanlar hələ buna hazır deyil".
Aytən Zəhra
Azvision.az
Teqlər: MəleykəAbbaszadə DİM