Xaricdə təhsil proqramı davam etdiriləcək

  05 Dekabr 2019    Oxunub : 1863
Xaricdə təhsil proqramı davam etdiriləcək
"Gənclər Fondu iki təhsil proqramı həyata keçirir. Bunlardan biri xaricdə təhsillə bağlıdır. İlk dəfə olaraq proqram müsabiqə əsasında bu il təşkil olunub. Nəticədə 47 gəncin Avropa və ABŞ-ın ali təhsil müəssisələrində maliyyələşdirilməsinə qərar verilib".
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov deyib. Onun sözlərinə görə, bu proqramın davam etdirilməsi nəzərdə tutulur.

"Hazırda proqramın şərtləri ilə bağlı tərəfdaş qurumlarla, xüsusilə Təhsil Nazirliyi ilə əməkdaşlıq edirik. Növbəti il üçün aktual olacaq ixtisas istiqamətlərinin siyahısı digər qurumlarla məsləhətləşmə əsasında hazırlanır".

Anar Kəlbiyev
Azvision.az

Teqlər: GənclərFondu