Həmsədrlər nazirlərin görüşü ilə bağlı bəyanat yaydı
Həmsədr ölkələrin təmsilçiləri münaqişə tərəflərinin Xarici İşlər nazirlərinin Minsk qrupunun himayəsi altında gələn ilin əvvəlində yenidən görüşə dair razılığa gəlmələrini yüksək qiymətləndiriblər.
Bəyanatda vurğulanıb ki, hazırkı status-kvo qəbuledilməzdir. Onlar tərəfləri şərtlər yaratmadan substantiv danışıqlar aparmağa çağırıblar.
Yekunda qeyd edilib ki, ATƏT-in Minsk qrupu formatı münaqişənin davamlı həlli üçün səylərlə bağlı imtinaedilməz format olaraq qalır. (AzərTAc)
Azvision.az
Teqlər: ATƏT Nazir Görüş Həmsədr