XİN rəhbəri Bratislavada görüşləri davam etdirir

  05 Dekabr 2019    Oxunub : 1309
XİN rəhbəri Bratislavada görüşləri davam etdirir
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT-in Bratislavada keçirilən 26-cı iclası çərçivəsində İrlandiyanın Xarici İşlər və Ticarət naziri Simon Koveney ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nazirlər Azərbaycan və İrlandiya arasında ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparıblar. Onlar müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq kəsb edən digər regional məsələləri müzakirə ediblər.

Azvision.az

Teqlər: XİN   Məmmədyarov   Nazir