Xanım Qafarova Türkiyədə müalicəyə başladı

Xanım Qafarova Türkiyədə müalicəyə başladı
  17 Dekabr 2013    Oxunub:3444
“Dünən İstanbuldan qayıtdıq. Xərçəng xəstəliyindən əziyyət çəkən dəyərli sənətçimiz, Azərbaycanın Əməkdar Artisti Xanım Qafarova artıq müalicələrə başladı. Mən ilk öncə ölkəmizin Birinci Xanımı hörmətli Mehriban xanıma təşəkkür edirəm”.
AzVision.az-ın məlumatına görə, bu fikirləri millət vəkili Qənirə Paşayeva özünün facebook səhifəsində bildirib.

Deputatın sözlərinə görə, X.Qafarova iki həftə ərzində ilkin müalicədən sonra Bakıya qayıdacaq.

“Xanım Qafarovanın müalicə xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürüb. Eyni zamanda "Fatih Universitesi Hastanesine(Sema Hastanesi") onun baş həkimi dəyərli İlyas bəyə və kollektivinə, Santi Onkoloji Mərkəzinə, onun rəhbəri Baki bəyə, Eda xanıma böyük təşəkkürümü bildirirəm ki, bizi yüksək səviyyədə qarşıladılar və dəyərli Xanım Qafarovanın ciddi müayinə və müalicəsi istiqamətində əllərindən gələni əsirgəmədilər və əsirgəməyəcəklərini bildirdilər. Xanım Qafarova 2 həftə ərzində birinci kurs müalicələrini aldıqdan sonra bir neçə gün Bakıya qayıdacaq, sonra isə İstanbulda təkrar müalicələrini davam etdirəcək. Mehriban xanımın qayğısı və sadə insanların diqqəti onda xəstəliklə ciddi mübarizə apara bilməsi üçün böyük ruh yüksəkliyi yaradıb. İnanıram ki, Allah Xanım bacımızın, onun hər gün anası üçün dua edən gözəl balasının dualarını eşidəcək və o Allahın yardımı, onu sevən insanların sevgisi ilə hələ neçə illər insanlarımızı öz sənət uğurları ilə sevincirəcək, övladını böyüdəcək və xoşbəxt və sağlam bir həyat yaşayacaq. Dualarınızı əksik etməyin! İndi onun sevənlərinin sevgi və dualarına hər zamankından daha çox ehtiyacı var”.

AzVision.az


Teqlər:  





Xəbər lenti