Neftçilər büdcəyə 163 milyon xeyir verib

Neftçilər büdcəyə 163 milyon xeyir verib
  17 Dekabr 2013    Oxunub:1210
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) cari ilin noyabr ayında dövlət büdcəsinə 163 milyon 344 min manat vəsait ödəyib.

Qurumun mətbuat xidmətindən verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 35 milyon 346 min manat və ya 127,6 faiz çoxdur.

Qeyd edilib ki, yanvar-noyabr aylarında şirkət tərəfindən büdcəyə 1 milyard 487 milyon 412 min manat vəsait ödənilib. Bu göstərici 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 199 milyon 509 min manat və ya 115,5 faiz çox olub. Bundan əlavə, noyabrda ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 14 milyon 275 min manat vəsait köçürüb. Bu, ötən ilin noyabr ayına nisbətən 1 milyon 285 min manat və ya 109,9 faiz çoxdur. Yanvar-noyabr aylarında isə şirkət tərəfindən DSMF-yə 147 milyon 765 min manat vəsait ödənilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 milyon 198 min manat və ya 102,2 faiz artıqdır.

AzVision.az


Teqlər:  





Xəbər lenti