Yevda Abramovun vəziyyəti ağır olaraq qalır

  06 Dekabr 2019    Oxunub : 1367
 Yevda Abramovun vəziyyəti ağır olaraq qalır
Milli Məclisin İnsan hüquqları Komitəsinin sədr müavini, deputat Yevda Abramovun Mərkəzi Klinik Xəstəxanada müalicəsi davam edir.
Bu barədə Azvision.az -a deputat Vahid Əhmədov məlumat verib. Bildirib ki, həmkarı hazırda reanimasiyadadır.

"Vəziyyəti ağır olsa da, müalicəsi davam edir", - deyə V.Əhmədov Yevda Abramovun sağlıq durumunda müsbətə doğru dəyişiklik olmadığını söyləyib.

Qeyd edək ki, bir neçə gün əvvəl onkoloji xəstəlikdən əziyyət çəkən Yevda Abramov səhhətində problem yarandığından Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Hətta vəfat etməsi ilə bağlı xəbərlər yayılmışdı.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Deputat   YevdaAbramov