2019-cu il üzrə Nobel mükafatları təqdim edildi
Stokholmda keçirilən mərasimdə fizika, kimya, fiziologiya və təbabət, ədəbiyyat və iqtisadiyyat sahələrində laureatlara mükafatlar İsveç Kralı ХVI Karl Qustav tərəfindən təqdim olunub.
Mükafatlandırma mərasimində bütün laureatlara çıxış etmək imkanı yaradılıb. Sonda Nobel mükafatı laureatları və qonaqları üçün rəsmi bayram ziyafəti təşkil edilib.
Xatırladaq ki, fizika sahəsində 2019-cu ilin Nobel mükafatına Ceyms Pibls, Mişel Meyir və Didier Kelo layiq görülüb.
Kimya üzrə mükafat müvafiq olaraq, amerikalı Con Qudinafa və onun iki həmkarına - britaniyalı M.Stənli Uittinqemə və yaponiyalı Akira Yoşinoya verilib.
Fiziologiya və təbabət sahəsi üzrə mükafatlara amerikalılar Uilyam Kelin, Qreqq L.Semenza və britaniyalı Peter Retkliff layiq görülüblər.
Bu ilki mərasim onunla fərqlənib ki, ədəbiyyat sahəsində mükafatlar laureatlara həm 2018-ci, həm də 2019-cu illər üzrə təqdim edilib. Belə ki, 2018-ci il Nobel mükafatı polşalı yazıçısı Olqa Tokarçuka, 2019-cu il üzrə isə avstriyalı yazıçı Piter Handkeye verilib.
İqtisadiyyat üzrə mükafata Hindistan əsilli amerikalı Abirjit Banerji, fransız əsilli amerikalı Ester Düflo və digər amerikalı Maykl Kremer layiq görülüb.
Sülh mükafatını isə Efiopiyanın Baş Naziri Ali Ahmed Abiya alıb. Hər nominasiya üzrə pul mükafatının həcmi 9 milyon kron (təxminən 944 min ABŞ dolları) təşkil edir. (AzərTAc)
Azvision.az