Oqtay Şirəliyev 55 sahibkarı cərimələdi

Oqtay Şirəliyev 55 sahibkarı cərimələdi
  17 Dekabr 2013    Oxunub:1305
Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən AzVision.az-a verilən məlumata görə, respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 2013-cü ilin noyabr ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 55 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub.

11 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 24 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.

Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 954, mikrobioloji göstəricilərinə görə 855, toksikoloji göstəricilərinə görə 245, radioloji göstəricilərinə görə 21 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Numunələrin 7-də orqanoleptik və fiziki-kimyəvi, 9-da mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxma müəyyən olunub.

Şadlıq evlərindən 2393 yaxma nümunəsi, 39 soyuq qəlyanaltı nümunəsi götürülüb, 41 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkar edilib.

Noyabr ayı ərzində əhali arasında 75 qida zəhərlənməsi hadisəsi baş verib, 87 nəfər zərərçəkən olub. O cümlədən 2 botulizm hadisəsi baş verib, 2 nəfər zərərçəkən olub.

AzVision.az



Teqlər:  





Xəbər lenti