Prezident bp-nin derektorunu qəbul edib

Prezident bp-nin derektorunu qəbul edib
  18 Dekabr 2013    Oxunub:1224
AzVision.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də "bp" şirkətinin baş icraçı direktoru Robert Dadlini qəbul edib.

Görüşdə Azərbaycan ilə bp arasında uzunmüddətli əməkdaşlığın inkişafından məmnunluq ifadə olundu, "Şahdəniz-2" üzrə yekun investisiya qərarının Avropanın enerji təhlükəsizliyinin təmin olunması və regional əməkdaşlığın inkişaf etdirilməsi baxımından önəmi qeyd edildi.

Söhbət zamanı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bp arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulandı, bu əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.


Teqlər:  





Xəbər lenti