Nazir polis mayoruna yeni vəzifə verdi

Nazir polis mayoruna yeni vəzifə verdi
  13 Dekabr 2019    Oxunub:3859
Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.
Azvision.az -ın məlumatına görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis mayoru Tural Hacıyev Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsinə rəis təyin olunub.

Qeyd edək ki, Tural Hacıyev bundan əvvəl Bakı şəhər Baş Polis İdarəsində müstəntiq vəzifəsində işləyib.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: DİN   Polis  





Xəbər lenti