Komitə sədri: “Qadınlar bir az özlərinə hörmətlə yanaşmalıdır”
"Amma qadınlar bunu etmir. Bunun da bir çox səbəbləri var. Bəziləri iqtisad baxımdan müstəqil olmadığını deyirlər, bir çox hallarda qorxurlar. Bu gün bizdə elə güclü müdafiə sistemi yaranıb ki, qadınlar heç nədən qorxmadan məhkəməyə müraciət edə bilirlər. İstəyirik ki, qadınlar daha da güclü olsunlar, biz onlara kömək edə bilərik ki, vəkilləri olsun, müdafiə olunsunlar".
Komitə sədri qeyd edib ki, qadınlar bir az özlərinə hörmətlə yanaşmalıdırlar: "Çox zaman bizim əsas problemimiz ondan ibarət olur ki, qadınlar uzun müddət susurlar və bunun sayəsində ağır cinayət baş verir. Həmin qadınlar kiçik münaqişə olanda müraciət etsəydilər və ailə nəzarətə götürülsəydi, belə hadisələr olmazdı. Biz ona görə rayonlarda monitorinqlər qrupu yaratmışıq ki, profilaktik iş aparılsın. Rayon yerində hamının problemli ailələrdən xəbəri olur. Burada ictimai qınaq, ictimai münasibət də güclənsə, bir çox problemləri həll etmək olar".
Aytən Zəhra
Azvision.az
Teqlər: Hicran-Hüseynova Komitə Qadın