FHN məktəbdəki yanğınla bağlı məlumat yaydı

   FHN məktəbdəki yanğınla bağlı məlumat yaydı
  14 Dekabr 2019    Oxunub:3529
Fövqəladə Hallar Nazirliyi (FHN) orta məktəbdə baş vermiş yanğınla bağlı məlumat yayıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, Quba rayonunun Tülər kəndində ümumi sahəsi 500 m² olan ikimərtəbəli orta məktəb binasının dam örtüyü və ikinci mərtəbəsinin yanar konstruksiyaları 250 m² sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın   Məktəb   Quba  





Xəbər lenti