Berti Foqts: Rəşad Sadıqovun yüksək liderlik keyfiyyətləri var

Berti Foqts: Rəşad Sadıqovun yüksək liderlik keyfiyyətləri var
  18 Dekabr 2013    Oxunub:1218
Gələn ilin planları haqqında danışa bilmərəm. Çünki mənim futbol üzrə Azərbaycan millisi ilə müqaviləm başa çatmışdır. AFFA-nın İcraiyyə Komitəsinin qərarından sonra bu barədə nə isə demək olar.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, bu sözləri futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Berti Foqts jurnalistlərə müsahibəsində de.
Bildirmişdir ki, əgər Azərbaycan millisində işimi davam etdirməli olsam, daha çox yoldaşlıq oyunları və təlim-məşq toplanışları keçirmək fikrim vardır. Bunlara daha çox vaxt ayırmaq üçün AFFA-ya müraciət edəcəyəm.

B.Foqts demişdir: “Rəşad Sadıqov ilin ən yaxşı futbolçusu seçilibsə, deməli bu ada layiqdir. Onun yüksək liderlik keyfiyyətləri vardır. Bir qola və bir məhsuldar ötürməyə görə ən yaxşı futbolçu seçilmir, bütün bir ili nəzərə almaq lazımdır. Rəşad Sadıqov da bu dövrdə özünü ən yaxşı tərəfdən göstərmişdir”.


Teqlər:





Xəbər lenti