İşıq pulu borcu olanlara vaxt verildi

İşıq pulu borcu olanlara vaxt verildi
  18 Dekabr 2013    Oxunub:2038
«Bakıelektrikşəbəkə»dən AzVision.az-a verilən məlumata görə, dekabrın 20-də saat 12:00-dan etibarən borclu abonentlərin elektrik enerjisi təchizatı müvafiq qanunvericiliyə uyğun olaraq qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq: «İlin sonuna bir neçə həftə qalmasına baxmayaraq, bəzi abonentlər istifadə etdikləri elektrik enerjisi haqlarını vaxtında ödəmir. Qeyd olunan müddətdə borcunu ödəməyən abonentlərin elektrik enerjisi təchizatı heç bir güzəşt edilmədən dayandıracaq».

Elektrik enerjisindən istifadə ilə bağlı yaranmış borca görə enerji təchizatı dayandırılmış abonentlərin borc ödənilmədən şəbəkəyə özbaşına qoşulması elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş şəxslərin qanunvericiliyə uyğun məsuliyyətə cəlb olunmaları üçün «Bakıelektrikşəbəkə» tərəfindən ciddi tədbirlər görüləcək. Elektrik enerjisi təchizatı ilə bağlı abonentlərin hər hansı problem yaşamaması üçün istifadə olunmuş elektrik enerjisi haqlarının dərhal ödənilməsi xahiş olunur. Borcların ödənilməsi bütün poçt şöbələrində, banklarda, «Bakıelektrikşəbəkə»nin ödəmə məntəqələrində, həmçinin qurumun internet saytı (www.bes.az) vasitəsilə «onlayn» olaraq həyata keçirilə bilər.

AzVision.az



Teqlər:  





Xəbər lenti