Miqrasiya orqanlarına qulluğa qəbul imtahanı keçirilib

Miqrasiya orqanlarına qulluğa qəbul imtahanı keçirilib
  21 Dekabr 2019    Oxunub:4334
Dekabrın 21-də Dövlət Miqrasiya Xidməti (DMX) ilə birlikdə Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirilib.
Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, imtahana yazılış noyabrın 18-dən dekabrın 16-dək aparılıb və bu müddət ərzində 252 namizəd qeydiyyatdan keçib.

İmtahan kompüter vasitəsilə təlimata uyğun olaraq, 3 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda namizədə imtahanın nəticələrinə dair arayış təqdim olunub.

İmtahanda 243 namizəd iştirak edib. Test imtahanının nəticələrinə əsasən, 165 nəfər müsabiqə şərtini ödəyərək (70 və daha artıq bal toplayaraq) növbəti mərhələdə iştirak etmək hüququ qazanıb.

Azvision.az


Teqlər: DİM  





Xəbər lenti