Bakı sakini evdə halsız vəziyyətdə tapıldı

Bakı sakini evdə halsız vəziyyətdə tapıldı
  21 Dekabr 2019    Oxunub:2535
Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.​

Azvision.az



Teqlər: FHN  





Xəbər lenti