Rezidenturaya qəbul balı artırıla bilər

  24 Dekabr 2019    Oxunub : 2273
Rezidenturaya qəbul balı artırıla bilər
"Hazırda rezidenturaya qəbul olmaq üçün maksimum 100 baldan 40 bal toplamaq lazımdır".
Azvision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzində (DİM) rezidenturaya qəbul qaydalarına edilmiş dəyişikliklərlə bağlı keçirilən mətbuat konfransında Yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Natiq Əliyev bildirib.

Onun sözlərinə görə, 2020-2021-ci tədris ilində rezidenturaya qəbul qaydalarında hazırki müsabiqə şərti saxlanılacaq: "Amma növbəti illərdə bu məsələyə baxılacaq. 40 bal aşağıdır, dünya təcrübəsində 50 faiz bal toplamaq lazımdır. Yəqin ki, növbəti illərdə dəyişiklik ediləcək".

Aytən Zəhra
Azvision.az

Teqlər: DİM   Rezidentura