“Təqaüd alan tələbələrin sayı 50%-ə çatdırılacaq” - Təhsil naziri
Azvision.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov "Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
"Təhsilin inkişafı dövlət strategiyasında əsas hədəflərdən biri olub. 2013-2019-cu illərdə 3300-ə yaxın məktəb tikilib və təmir olunub. Bu il respublika fənn olimpiadalarında 30 mindən çox şagird iştirak edib. Əvvəlki illərlə müqayisədə bu rəqəm 5 dəfə çoxdur. Əmək haqqı 1000 manatdan çox olan müəllimlərin sayı təxminən 5000 nəfər təşkil edib".
C.Bayramov qeyd edib ki, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Mərkəzinə cari tədris ilində 8 istiqamətdə 231 tələbə qəbul edilib. Gələn ildən tələbə sayının 1000 nəfərə çatırıdılması nəzərdə tutulur.
Aytən Zəhra
Azvision.az
Teqlər: Ceyhun-Bayramov Təhsil-Nazirliyi