“Bizə qarşı çirkin hücum kampaniyası aparılır” - Koçaryanın oğlu
“Hakimiyyətin tərəfdarlarımıza qarşı koordinasiya edilmiş çirkin hücum kampaniyası onu göstərir ki, bizim işimiz dayanmaq niyyəti olmayan hökumətlədir. Onların bu cür hərəkətinə baxmayaraq, çoxsaylı insanın dəstək aksiyasına qoşulması bizə ümid verir”, - deyə Levon Koçaryan əlavə edib.
O bildirib ki, heç vaxt mühafizəçi ilə gəzməyib, həmişə həyat yoldaşı və uşaqları ilə İrəvan küçələrində sərbəst hərəkət edib: "Heç vaxt belə bir problemim olmayıb, indi də həmçinin. Küçədə insanların mənə yaxınlaşıb, bir növ yalana inandıqları üçün üzr istəyə bilmələri də ümid verir. Biz ardıcıl olaraq işimizi davam etdirəcəyik və mütləq uğur qazanacağıq".
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Ermənistan Koçaryan