ABŞ-ın pilotsuz uçuş aparatı Krımda kəşfiyyat aparıb
Bildirilir ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus RQ-4B-40 Qlobal Hawk Sicilya adasındakı NATO bazasından qalxaraq Donbassdakı demarkasiya xəttində monitorinq uçuşu edib, sonra Rusiyanın Qara dəniz sahilləri boyunca kəşfiyyat uçuşuna başlayıb.
Məlumata görə, xarici PUA-lar mütəmadi olaraq Rusiyanın sərhədləri yaxınlığında kəşfiyyata cəlb olunur. Onlar tez-tez Krımda, Krasnodar diyarında, Baltik dənizi üzərində və Suriyadakı Rusiya bazaları yaxınlığında görünür.
Rusiya Müdafiə Nazirliyi dəfələrlə ABŞ komandanlığını bu cür kəşfiyyat əməliyyatlarını dayandırmağa çağırıb, lakin Pentaqon bundan imtina edib. RQ-4 Global Hawk tipli ilk pilotsuz aparat döyüş tapşırıqlarının icrasına 2006-cı ilin martından başlayıb.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: PUA