Argentina prezidenti abortun qanuniləşdirilməsini istəyir
“Bu həll etməli olduğumuz ictimai sağlamlıq problemidir, qanunda bütün qadınlara hər şeyə zəmanət verməliyik. Qanunun 2020-ci ildə müzakirə olunacağı barədə qərar vermişəm. Bu çox ciddi problemdir və qadınların daha ölməsini istəmirəm. Futbol matçlarını müzakirə etməkdən fərqli bir məntiqlə bunu müzakirə etməyimizi istəyirəm”.
Latın Amerikasında aborta yalnız Uruqvay, Kuba və Qayana, eləcə də Puerto Rikoda icazə verilir. Meksikada hamiləliyin könüllü dayandırılması yalnız paytaxtda mümkündür. Latın Amerikası ölkələrinin əksəriyyətində abort yalnız tibbi arayışdan sonra mümkün olur.
Azvision.az