Gürcüstan `Şahdəniz-2`dən 700 milyon dollar qazanacaq

Gürcüstan `Şahdəniz-2`dən 700 milyon dollar qazanacaq
  20 Dekabr 2013    Oxunub:1317
Gürcüstanın Baş naziri: `Şahdəniz-2` yaxın gələcəkdə Avropanın energetika xəritəsini bütünlüklə dəyişə bilər.

AzVision.az xəbər verir ki, Gürcüstanın kütləvi informasiya vasitələri - “Rezonansi”, “Axali taoba” (“Yeni nəsil”), “Sakartvelos Respublika” (“Gürcüstan Respublikası”) qəzetləri “Şahdəniz-2” layihəsinin yekun investisiya qərarının imzalanması barədə geniş yazılar dərc ediblər. Televiziya kanallarında da bu mövzuya ətraflı yer verilib.

“Rezonansi” qəzetinin 18 dekabr tarixli nömrəsində dərc edilən “Gürcüstan “Şahdəniz”in genişləndirilməsindən nə qazanacaqdır” sərlövhəli məqalədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin “Şahdəniz-2” layihəsi ilə bağlı fikirləri yer alıb. Baş nazirin sözlərinə görə, layihəyə dair yekun investisiya qərarının imzalanması Avropa üçün həlledici əhəmiyyətə malikdir. Onun fikrincə, bu layihə yaxın gələcəkdə Avropanın energetika xəritəsini bütünlüklə dəyişə bilər.

Gürcüstanın layihədən götürəcəyi fayda barədə sualı cavablandıran İ.Qaribaşvili demişdir: 5 il ərzində təxminən 700 milyon dollar həcmində sərmayə yatırımı, 2-3 min iş yeri qazanacağıq, boru kəmərinin ötürücülük qabiliyyəti 16 milyard kubmetrədək artacaq və bunun 5 faizi Gürcüstana qalacaq.


Teqlər:  





Xəbər lenti