İranın Bakıdakı səfirliyində bayraq endirildi
Qeyd edək ki, yanvarın 3-də Bağdad hava limanına endirilən raket zərbələri nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” Xüsusi Qüvvələrinin rəhbəri, general Qasım Süleymani öldürülüb. İranın Ali lideri ayətullah Seyid Əli Xamenei general Qasım Süleymaninin ölümü ilə əlaqədar ölkədə 3 gün matəm elan edib. Pentaqon generalın öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb.
Azvision.az