Pompeo və Lavrov generalın öldürülməsini müzakirə edib
Bildirilib ki, ABŞ və Rusiya rəsmiləri İran generalı Qasım Süleymaninin öldürülməsini müzakirə ediblər.
Xatırladaq ki, yanvarın 3-də Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani öldürülüb. Pentaqon generalın öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb.
Azvision.az