BŞTİ-yə 86 mindən çox müraciət daxil olub

BŞTİ-yə 86 mindən çox müraciət daxil olub
  09 Yanvar 2020    Oxunub:2198
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Telefon Məlumat Mərkəzinə (telefon: (+99412) 599-12-22) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2019-cu il təqvim ili ərzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.
BŞTİ-dən Azvision.az -a verilən məlumata görə, qeyd olunan müddət ərzində ümumilikdə, 86 651 müraciət daxil olub. Bildirilib ki, müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ şəkildə həll olunub.

Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 17 099 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 41 495 müraciət daxil olub. 2 445 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada BŞTİ-nin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb.

21 082 sənəd (vətəndaşlar tərəfindən 4 595 ərizə, Təhsil Nazirliyindən 2 667, digər qurumlardan 2 667, məktəblərdən 7 491 məktub, 709 strukturdaxili yazışma və 2 953 kadr ərizəsi) qəbul olunub. Həmçinin 4 530 elektron müraciətə baxılıb.

Qeyd edək ki, 2019-cu il ərzində, həmçinin BŞTİ rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirakı ilə Bakının 12 inzibati rayonu üzrə 20 səyyar qəbul keçirilib.

Səyyar qəbullarda müəllim və valideynlərin müraciətləri dinlənilib, qaldırılan bir sıra müraciətlər operativ şəkildə cavablandırılıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlər görülüb.

Azvision.az


Teqlər: BŞTİ  





Xəbər lenti