Kosmik hava proqnozu açıqlanıb

Kosmik hava proqnozu açıqlanıb
  09 Yanvar 2020    Oxunub:2598
AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumunu açıqlayıb.
Rəsədxanadan Azvision.az -a verilən məlumata görə, kosmik hava durumu – Günəş fəallığı çox aşağı səviyyədə olub. Günəş diskində hələlik nömrələnməyən az fəal oblast meydana gəlməkdədir. Koronoqraf görüntülərində Yerə doğru yönələn digər CME (Coronal Mass Ejections – Tac kütlə atılması) müşahidə olunmayıb.

2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində normal səviyyədə olub. 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalıb.

Hesabat dövründə ACE kosmik gəmisindən əldə olunan məlumatlar əsasında demək olar ki, Günəş küləyi üçün sakit şərait hökm sürür. 08 yanvar/12.00 UTC-ə qədər ümumi maqnit sahəsində güclənmə müşahidə olunub, ədədi qiymətcə 3-6 nT intervalında, Bz komponenti isə (+4) nT-dan (-7) nT-ya qədər dəyişmişdir. Günəş küləyinin sürəti 400 km/san-dən bir qədər çox olub.

Geomaqnit sahə, son 24 saat ərzində ümumən çox sakitdir (Kp=2, 3).

Kosmik hava proqnozu – Proqnoz dövründə (09 - 11 yanvar) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.

2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə (09 - 11 yanvar) normal səviyyədə qalacağı proqnozlaşdırılır. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (09 - 11 yanvar) fon səviyyələrində davam etməsi gözlənilir.

Proqnoz dövründə əsasən də birinci gün (09 yanvar) mənfi qütblülüyə malik CH HSS (Coronal Hole High Speed Streams – Tac dəliyindən çıxan yüksək sürətli axınlar) effekti hesabına Günəş küləyi parametrlərinin nisbətən artması proqnozlaşdırılır. Növbəti günlər (10, 11 yanvar) isə daha sakit şəraitin meydana gələcəyi gözlənilir.

Proqnoz dövründə (09 - 11 yanvar) geomaqnit sahədə ümumən sakitlik (Kp=2, 3) davam etsə də, fasilələrlə az fəal şərait meydana gələ bilər. Maqnit qasırğasının yaranması ehtimalı 09 yanvar tarixində 5%-dən, 10 və 11 yanvar tarixlərində isə 1%-dən aşağı qiymətləndirilir.

Azvision.az


Teqlər: AMEA   Hava  





Xəbər lenti