Respublika fənn olimpiadalarının birinci mərhələsi keçirilir
Olimpiadaların təşkilində məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsindən ibarətdir.
Qeyd edək ki, riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyat, coğrafiya və tarix olmaqla 8 fənn üzrə keçiriləcək olimpiadalarda IX, X və XI sinif şagirdləri biliklərini sınayacaqlar. Elm yarışında xüsusi istedada malik VIII sinif şagirdlərinin də iştirakına icazə verilir.
Azvision.az