Moskvada Sarrac və Haftarın görüşü olacaq

Moskvada Sarrac və Haftarın görüşü olacaq
  13 Yanvar 2020    Oxunub:2412
Rusiya Xarici İşlər Nazirliyi bu gün Liviya Milli Razılıq hökumətinin rəhbəri Faiz Sarac və ordu qüvvələrinə rəhbərlik edən general Xəlifə Haftar arasında Moskvada görüş keçiriləcəyini təsdiqləyib.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, görüş Rusiya və Türkiyə Xarici İşlər nazirləri və Müdafiə nazirlərinin vasitəçiliyi ilə baş tutacaq.

“İstanbul zirvə görüşündə elan olunan Rusiya və Türkiyə prezidentlərinin təşəbbüsü kontekstində, bu gün Moskvada Rusiya və Türkiyənin Xarici İşlər, Müdafiə nazirliklərinin rəhbərlərinin himayəsi ilə Liviya ilə bağlı təmaslar keçiriləcək. Sarac və Haftarın, eləcə də Liviya tərəfinin digər nümayəndələrinin bu təmaslarda iştirakı gözlənilir", - deyə Rusiya XİN bəyan edib.

Xatırladaq ki, Sarac bazar günü Türkiyədə səfərdə olub, bu gün isə Moskvaya gedəcək. Haftarın artıq Moskvada olduğu bildirilir. Bu gün, həmçinin Türkiyənin Milli müdafiə naziri Hulisi Akar da Moskvaya səfər edəcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Liviya  





Xəbər lenti