Qəsəbədaxili yolların təmiri 2023-cü ilədək başa çatacaq
“Hava şəraiti sabitləşən kimi Abşeron rayonu ərazisində qəsəbədaxili yolların təmirinə başlanılacaq. Artıq hazırlıq işlərinə start verilib. Qəsəbədaxili yolların təmirinin 2023-cü ilədək bitməsi planlaşdırılır”.
Qeyd edək ki, Prezident İlham Əliyev yanvarın 9-da “Abşeron rayonunun ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Abşeron rayonunun Saray, Ceyranbatan, Mehdiabad, Qobu qəsəbələrinin və Masazır kəndinin ərazilərində ümumi uzunluğu 29,2 kilometr olan avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 19,7 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Aytən Zəhra
Azvision.az