Gürcüstan: BTQ dəmir yolunun tikintisində tez-tez problemlər olur

Gürcüstan: BTQ dəmir yolunun tikintisində tez-tez problemlər olur
  21 Dekabr 2013    Oxunub:1326
Gürcüstan Baş nazirinin müavini Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi ilə tanış olacaq.
AzVision.az xəbər verir ki, Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və sabit inkişaf naziri Georgi Kvirikaşvili Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan sahəsində aparılan tikinti işlərinin gedişini şəxsən nəzərdən keçirəcəyini bildirib.

Nazir burada menecmentin fəal işlədiyini bildirmiş və demişdir: “Problem məsələlər tez-tez meydana çıxır. Menecment çox fəal işləyir. Düşünürəm ki, həlli mümkün olmayan məsələ yoxdur. Yaxın vaxtlarda tikintinin gedişini əsaslı surətdə nəzərdən keçirməyi planlaşdırmışam”.

Bakı-Tbilisi-Qars dəmir yolunun 2014-cü ilin sonunda işə salınacağı bildirilir.


Teqlər:





Xəbər lenti