Magistraturaya qəbul imtahanı birmərhələli olacaq
Qərara əsasən, dəyişikliklər beynəlxalq təcrübədə olduğu kimi magistraturaya qəbul imtahanının yalnız bir mərhələdə - ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi üzrə keçirilməsini nəzərdə tutur.
Qeyd edək ki, hazırda imtahanlar iki mərhələdə aparılır:
I mərhələ - ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi;
II mərhələ - ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi.
Dəyişiklikdən sonra magistraturaya qəbul imtahanı birmərhələli olacaq.
Azvision.az
Teqlər: Nazirlər-Kabineti Magistratura