Bakıda 702 təmayül sinif təşkil olunub

Bakıda 702 təmayül sinif təşkil olunub
  15 Yanvar 2020    Oxunub:2905
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 2019-cu təqvim ilində təmayülləşmənin miqyası genişlənib. Belə ki, 187 ümumi təhsil müəssisəsində 702 təmayül sinif təşkil olunub. Təmayül siniflərə 15 643 şagird cəlb olunub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Azvision.az -a verilən məlumata görə, təmayül siniflər 8 istiqamət üzrə müəyyənləşdirilib. Onlardan 109-u texniki təmayüllü, 55-i riyaziyyat-iqtisadiyyat təmayüllü, 128-i humanitar təmayüllü, 9-u təbiət təmayüllü, 85-i texniki və riyaziyyat-iqtisadiyyat təmayüllü, 142-si texniki və təbiət təmayüllü, 169-u humanitar və riyaziyyat-iqtisadiyyat təmayüllü, 5-i isə peşə təmayüllü siniflərdir.

Qeyd edək ki, ümumi təhsildə keyfiyyətə birbaşa təsir edən amillərdən biri də “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da təsbit olunmuş tam orta təhsil səviyyəsində tədrisin təmayüllər üzrə təşkili məsələsidir. Şagirdlərin seçdikləri ixtisas istiqamətləri üzrə daha yüksək bilik və bacarıqlara yiyələnməsini təmin etmək məqsədilə son illər bu sahədə ciddi addımlar atılır, təhsilin təmayüllər üzrə təşkil olunduğu məktəblərin şəbəkəsi ardıcıl şəkildə genişləndirilir.

Azvision.az



Teqlər: Təhsil  





Xəbər lenti