Məktəbi vaxtından əvvəl bitirmək istəyənlərə şans verildi

   Məktəbi vaxtından əvvəl bitirmək istəyənlərə şans verildi
  16 Yanvar 2020    Oxunub:3445
Ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahan keçiriləcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Azvision.az -a verilən məlumata görə, eksternat imtahanı yanvarın 17-də paytaxtdakı 175 nömrəli tam orta məktəbdə təşkil olunacaq.

Qeydiyyatdan keçmiş məktəblilərin biliyi test imtahanı vasitəsilə yoxlanılacaq. İmtahan sualları hər fəndən 10 sual olmaqla fənn proqramlarına uyğun hazırlanacaq və nəticələr BŞTİ tərəfindən yaradılmış komissiya tərəfindən 100 ballıq şkala üzrə qiymətləndiriləcək. Test imtahanından uğurla keçən istedadlı şagirdlər müsahibəyə cəlb olunacaqlar.

Azvision.az


Teqlər: İmtahan  





Xəbər lenti