"81 beynəlxalq müşahidəçi akreditasiyadan keçib" - MSK sədri

   "81 beynəlxalq müşahidəçi akreditasiyadan keçib" -    MSK sədri
  17 Yanvar 2020    Oxunub:3296
Parlament seçkilərində indiyə qədər 81 beynəlxalq müşahidəçi akreditasiyadan keçib.
Azvision.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov məlumat verib.

M.Pənahov əlavə edib ki, müşahidəçilərin akreditasiyası davam edir və bu rəqəm artacaq.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da keçiriləcək.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki   Müşahidəçi  





Xəbər lenti