Rəfahda təxliyə, İsrail əməliyyata başlayır

  Rəfahda təxliyə,  İsrail əməliyyata başlayır
  06 May 2024    Oxunub:789
İsrail ordusu planlaşdırılmış quru əməliyyatı öncəsi fələstinliləri Qəzza zolağında şərqi Rəfahı boşaltmağa çağırır.
Bu barədə “The Times of Israel” qəzeti yazır. Məlumata görə, İsrail hərbçiləri mülki insanları Əl-Məvasi və Xan Yunis bölgələrindəki genişləndirilmiş humanitar zonaya köçməyə dəvət edir.

İsrail ordusu şərqi Rəfahda vərəqələr paylayır. Hərbçilər həmçinin sakinlərə zəng edir və onlara humanitar zonaya necə çatmaq barədə göstərişləri təqdim edən SMS göndərirlər. Təxliyyə əmri indiyə qədər yalnız Rəfahın bəzi şərq rayonlarına aid edilib. Qəzzanın cənubundakı bütün şəhər nəzərdə tutlmayıb.

Əl-Məvasi və Xan Yunis bölgələrində genişləndirilmiş humanitar zonaya köçkün fələstinlilər üçün səhra xəstəxanaları və çadır düşərgələri təşkil edilib. Qəzet yazır ki, İsrail Müdafiə Nazirliyi son vaxtlar Qəzzada humanitar yardımın artdığını bildirir.

Rəfah Misirlə sərhəddə yerləşir və BMT-nin məlumatına görə, Qəzza zolağına humanitar yardım üçün mühüm giriş nöqtəsidir. Əhalisi son altı ayda 1,5 milyon nəfərə çatıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti