“Qəbələ” Braziliyada üçüncü oyununu keçirdi

“Qəbələ” Braziliyada üçüncü oyununu keçirdi
  21 Dekabr 2013    Oxunub:1200
Braziliyanın Araponqas şəhərində “Laranya Mekanika Beynəlxalq Kuboku” turnirində iştirak edən “Qəbələ” klubunun 17 yaşadək futbolçulardan ibarət komandası yarışda üçüncü matçını keçirdi.

Klubdan AzVision.az -a bildiriblər ki, qrup mərhələsinin ilk iki oyununda Braziliya kollektivlərinə məğlub olan (“Laranya Mekanika” 0:3, “Palmeyras” 0:1) “Qəbələ” üçüncü görüşdə Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əhli” komandası ilə qarşılaşıb. Maraqlı mübarizə şəraitində keçən matç 1:1 hesabı ilə yekunlaşmışdır. Hesabda geri düşən “Qəbələ”nin bərabərlik qolunu Yusif Nəbiyevin ötürməsi ilə Ayxan Əsədov vurub. Bu nəticədən sonra qrupda 3-cü pilləni tutan “Qəbələ” beşinci yer uğrunda oynamaq hüququ qazanmışdır. Sözügedən matçda “Qəbələ” Mərakeş təmsilçisi “Mohamad IV” kollektivi ilə üz-üzə gələcəkdir.

Turnir çərçivəsində seminar keçirilmişdir. Seminarda “Qəbələ” Futbol Akademiyasının direktoru Stenli Brard, “Mohamad IV” Akademiyasının fransız məşqçisi Tomas Pavilyon və “Kuritiba” komandasının təmsilçisi Mario Andre Mazukko çıxış ediblər.


Teqlər:





Xəbər lenti