Hesablama Palatasının kollegiya iclası keçirildi

Hesablama Palatasının kollegiya iclası keçirildi
  22 Dekabr 2013    Oxunub:1260
Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib.
Palatadan AzVision.az -a bildiriblər ki, iclasda dövlət büdcəsindən Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna, 3 saylı şəhər Klinik Xəstəxanasına, Mingəçevir Şəhər İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi, Dövlət Sosial Müdafiə Fondunun Yevlax şəhər şöbəsinin gəlir və xərclərinin icrasına dair audit tədbirlərinin nəticələri üzrə hesabat və rəylər müzakirə edilərək təsdiq olunub.

Kollegiya iclasında, həmçinin Hesablama Palatasının həyata keçirdiyi nəzarət tədbirləri üzrə kollegiya qərarlarının icra vəziyyəti ilə bağlı məsələyə də baxılmış, müvafiq tövsiyə və tapşırıqlar verilib.


Teqlər:





Xəbər lenti