`Apple` yerli bazarda irəliləyir

`Apple` yerli bazarda irəliləyir
  22 Dekabr 2013    Oxunub:1141
“Apple” şirkətinin məhsullarının yerli bazarda satış həcmi bu il 20 faiz artıb.
“Apple” şirkətinin Azərbaycanda rəsmi distribüteri “Mac.az” şirkəti bu il yerli bazarda dünya səviyyəli brendin məhsullarının satış həcminin təxminən 20 faizədək artdığını bildirib.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, şirkətdən bildiriblər ki, bu göstərici rəsmi və qeyri-rəsmi satışlar nəticəsində yaranıb. Yerli bazarda ən çox istehlakçı tələbatı müxtəlif “iPhone” və “iPad” modellərinə olub. Bu arada “iPad” modellərinin ən çox satılan məhsulları yüksək qiymətli və ən aşağı qiymətli qənaətli modellər olub.

Qeyd edilib ki, gələn il yerli bazarda “Aplle” məhsullarının satış həcmlərinin daha 10-20 faiz artımını gözləmək olar.


Teqlər:





Xəbər lenti