Kürdəmirdə mikroavtobus traktorla toqquşub

  21 Yanvar 2020    Oxunub : 1742
Kürdəmirdə mikroavtobus traktorla toqquşub
Kürdəmir rayonunun Şilyan kəndində “Ford” markalı mikroavtobus və “Belarus” markalı traktor toqquşub.
Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri mikroavtobusda sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az

Teqlər: FHN   Qəza